Şəkidə 50 yaşlı kişi qətlə yetirildi (YENİLƏNİB)backend

Şəkidə 50 yaşlı kişi qətlə yetirildi (YENİLƏNİB)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

K.A Hadisə noyabrın 15-də axşam saatlarında rayonun Turan qəsəbəsində baş verib.Belə ki, 50 yaşlı qəsəbədə kafe müdiri işləyən Mehman Bayramov kəsici alətlə öldürülüb.

NOCOMMENT.az xəbər verir ki, Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov könüllü şəkildə polisə təslim olub. Atası bildirib ki, kafe müdiri oğumu söyüb və onu insanlar qarşısında hətta vurduğu üçün oğlum səbirsizlik göstərərək belə hərəkətə yol verib.

SİNXRON: ƏKBƏR HEYDƏROV ŞÜBHƏLİ ŞƏXSİN ATASI
10 gün olardı işə başlamışdı. Günorta aralarında mübahisə düşüb camaatın içində söyüb mənim uşağımı. Uşaq da çıxıb gəlib evə. Yenidən uşaq dedi ki, mən darıxıram çıxıram bayıra. Çıxıb gedib Mingəçevirə. Mingəçevirdən gələndə yenidən uşağa zəng edib ana söyüşü söyüb. Uşaq gedib girib kafeyə girən kimi üzünə sillə vurub. Uşaq da cavan uşaqdı qələt edib etməyinə. Onun da 3 balası var idi ürəyim ağrayır.

K.A Mehman Byramovun qardaşı Rəhman Bayramov isə hadisənin hansı səbəbdən baş verdiyini polis tərəfindən araşdırılacağını deyir.

SİNXRON – RƏHMAN BAYRAMOV – MƏRHUMUN QARDAŞI
Evdə idim zəng olundu getdim ki, uşaqlar yardım edirlər. Maşına qoyduq apardıq yolda keçindi çatdıra bilmədik təcili yardıma. Heç bir məlumatım yoxdur hadisə haqqında yeni işə girmişdi ora. Yəqin ki, polislər araşdıracaq.

Faktla bağlı araşdırma aparılır.

 

*** 15.11- 20:00

Şəkidə 50 yaşlı kişi öldürülüb.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki rayonunun Turan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 50 yaşlı Mehman Bayramov kəsici alətlə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.\\Unikal