12:23
Şəkidə 85 yaşlı kişi fərdi yaşayış evində yanaraq ölüb.
NOCOMMENT.az-ın Şimal-qərb bürosunun məlumatına görə, gecə saat 02 radələrində rayonun Bideyiz kəndində, kənd sakini 85 yaşlı Əli Saat oğlu Xasiyevə məxsus, ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli iki otaq və eyvandan ibarət olan fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Ə. Xasiyevin yanmış meyiti aşkar olunub.
***
Mərhumun oğlunun sözlərinə görə, Əli Xasıyev evdə tək yaşayıb.
Yanğın o, gecə yatdığı vaxt baş verib.














