Yeni salınan beton kanal sakinlərin narazılığına səbəb olub…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Şəkinin Qayabaşı kəndinin sakinləri deyirlər ki, Cəyirliarx kanalının yatağının 2 metrədək dərinə endirilməsi sahələrin suvarılmasını mümkünsüz edəcək.
Təsərrüfat sahibləri deyirlər ki, layihədə dəyişiklik edilməsə, sahələrinə su çıxmayacaq.
Layihənin icraçısı “Providense Doyç” MMC-dən bildirildi ki, hazırda Şəki rayonunun Cəyirli kəndi ərazisində köhnə kanalın yenilənməsi ilə bağlı Turan və Cəyirli kəndlərində də müvəqqəti su çatışmazlığı yaranıb. Kanalda aparılan işlər hündürlük fərqi yaratdığından müvəqqəti olaraq su verilişi hazırda alternativ kanal vasitəsilə təmin edilir. Sakinlərin suyun əvvəlki səviyyədə bərpa edilməyəcəyi ilə bağlı narahatlıqlarına cavab olaraq icraçı şirkətdən bildirilib ki, işlərin icrası layihə smeta sənədlərinə uyğun davam etdirilir, yekunlaşdıqdan sonra boru xətləri layihəyə uyğun bərpa olunacaq və su təminatında problem yaşanmayacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













