Semaşkoda niyə dava düşdü? – VİDEObackend

Semaşkoda niyə dava düşdü? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 1 sayılı Şəhər Klinik Xəstəxanasında xoşagəlməz anlar yaşanıb.

NOCOMMENT xəbər verir ki, xəstəxanaya müraciət edən şəxslər əvvəlcə növbə üstündə əlbəyaxa olublar. Daha sonra onların mübahisəsinə ətrafdakılar müdaxilə edib.

Mərkəzin mətbuat xidmətinin sözçüsü Elnur Hidayətoğlu sözügedən videoya münasibət bildirilib.

“Çox təəssüf olsun ki, bu cür hadisələr yaşanır. Vətəndaşlarımız icbari tibbi sığortadan yararlanmaq üçün xəstəxanaya müraciət edir. Bu zaman təbii ki, növbə prinsipi olur və kadrlardan da göründüyü kimi, vətəndaşlar növbəyə görə dalaşırlar”, – deyə o qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində: