Şəmkir sakini əmisi oğlu tərəfindən bıçaqlandı – YENİLƏNİBbackend

Şəmkir sakini əmisi oğlu tərəfindən bıçaqlandı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir sakini bıçaqlayan şəxs tutulub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, Şəmkir rayon Polis şöbəsinin əməkdaşkarını keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Əlövsət Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki hər iki şəxs həm əmioğlu həmdə xalaoğludur.

***

Şəmkirdə bıçaqlanma olub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Kənd sakini 1974-cü il təvəllüdlü Əlövsət Həsənov münaqişə zəminində həmkəndlisi 1969-cu il təvəllüdlü Əbülfəz Həsənova bıçaqla xəsarətlər yetirib.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.