“Semaşko”da dəhşət: Pulsuz yemək verilmir, 3 gün əvvəl ölən xəstəyə “baxmaq” adı ilə pul istədilər – VİDEObackend

“Semaşko”da dəhşət: Pulsuz yemək verilmir, 3 gün əvvəl ölən xəstəyə “baxmaq” adı ilə pul istədilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Kliniki Tibbi Mərkəz (“Semaşko) ilə bağlı ciddi iddialar səsləndirilib.

NOCOMMENT.az-a daxil olan məlumata görə, bəzi pasiyent yaxınları tibb müəssisəsində qeyri-rəsmi ödəniş tələbi olduğunu iddia edirlər. Onların sözlərinə görə, xəstələrə nəzərdə tutulan gündəlik yemək xidmətinin göstərilməsi üçün qeyri-rəsmi şəkildə pul istənilir. Bildirilib ki, ödəniş edilmədiyi təqdirdə yemək ümumiyyətlə verilmir, hətta suya da həsrət qoyulurlar.

Şikayətçilərdən biri isə qandonduran iddia ilə çıxış edib. O video yayaraq, 3 gün öncə vəfat edən həyat yoldaşına “xəstəyə yaxşı baxaq” adı ilə telefon zəngi edildiyini deyib.

Həkimlərin adlarını çəkən (Əmrəli həkim, Şöhrət həkim) şikayətçi, hər dəfə xəstə “sağalır, yaxşı olur” deyərək xeyli ödəniş aldıqlarını iddia edib.

O, maddi və mənəvi təzminat tələb etdiyini bildirib.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Videonu təqdim edirik: