“Təəssüf ki, yeni metodlar tapılıb, bu rüşvətləri kabinetdə deyil, belə məlumat gəldi mənə, indi parklarda və yaxud evlərdə alırlar”.
NOCOMMENT.az xəbər verir ki, bunu Baku TV-nin “Elin sözü” verilişinin aparıcısı Elçin Əlibəyli deyib.
Onun “sizə belə tapşırıqlar gəlirdimi? Sualına vaxtilə iki rayonda – Balakən rayonu və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətlərinin sabiq başçısı işləmiş, hazırda Milli Məclisin üzvü Nəsib Məhəməliyev belə cavabn verib: “Yox. Qətiyyən belə şey olmayıb”
Nəsib Məhəməliyev bildirib ki, ona rüşvət təklifi etməyə cürət etmirdilər, hətta Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevi belə qəbul etməyib.
“Hətta bu gün bizdə Zeynal Nağdəliyev vəzifədədir. O, bilir. Məsələn, Ramiz Mehdiyevin kürəkənini mən qəbul etməmişəm. Onun xahişlərini icra etməmişəm. Başqa qohumların, yüksək vəzifəli məmurların mümkün olmayan, yəni qanunsuz hərəkətləri”.
O, qeyd edib ki, bu gün Balakənə gedəndə və ya paytaxtın Nəsimi rayonunda olanda başı dik gəzir: “Çünki birincisi, aldığım təhsil, ondan sonra mən həddindən artıq qanunpərəst olmuşam, və qanunlardan çəkinmişəm. Və əxlaq məsələləri var burada. Hər zaman mən özümün maddi cəhətdən hansısa bir ziyanına getmişəmsə, hər zaman arxamda duran siyasi qüvvənin, siyasi komandanın mənafeyini qorumuşam. Hər zaman işçilərdən də tələb edirdim ki, siz fikirləşin ki, siz Prezident İlham Əliyevin komandasını təmsil edirsiniz. Hətta haqsız şikayətlər olanda belə, sizin gücünüz onda olmalıdır ki, siz o vətəndaşa haqsız olduğunu izah edəsiniz”.
Bu məqamda aparıcı deyib: “Kaş sizin bu tövsiyənizi Qax və Balakənin icra başçıları eşidəydi. Xüsusən də Balakənin. Özü də demişdiniz ona. Doğrudan da əxlaqlı işləmək, qaydalarla işləmək və prezidentin göstərdiyi etimadı doğrultmaq lazımdır”
Xatirə SADİQ










