SEPAH-a sarsıdıcı zərbə: Mövqelər darmadağın edildibackend

SEPAH-a sarsıdıcı zərbə: Mövqelər darmadağın edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya ordusu və İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nəzarətindəki silahlı qruplaşmalardan 60 nəfər İsrail Silahlı Qüvvələrinin Deyr əz-Zor vilayətinə endirdiyi hava zərbələri nəticəsində həlak olub.

NOCOMMENT.az xəbər verir ki, İsrail ordusunun sözügedən qruplaşmaların bölgədəki hərbi postları və silah anbarlarını bombaladığı məlum olub.

Məlumata görə, şəhərin mərkəzindəki hərbi düşərgə, hərbi təhlükəsizlik idarəsi, bəzi hərbi postlar, Deyr əz-Zorun qərbindəki Ayyaş rayonu, Mayadin rayonu və İraqla sərhəddəki Elbu Kamal bölgəsi hədəfə alınıb.

İranın dəstəklədiyi qruplardan 49 silahlı ünsürün zərərsizləşdirildiyi hücumda, rejim ordusundan 1 polkovnik daxil olmaqla 11 hərbçi öldürülüb.

Suriyanın rəsmi agentliyi SANA Deyr əz-Zora edilən hava hücumunda İsraili ittiham edib.
Teleqraf