Belçika da SEPAH-ı terror təşkilatı kimi tanıyacaqbackend

Belçika da SEPAH-ı terror təşkilatı kimi tanıyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika SEPAH-ın terror təşkilatı adlandırılması təklifi ilə razılaşdı.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Belçika parlamentinin iranlı nümayəndəsi Dərya Səfayi “X” hesabında yazıb:

“Nəhayət, Belçika hökuməti SEPAH-ın Avropa İttifaqının terror qrupları siyahısına daxil edilməsi təklifi ilə razılaşıb”.

Məlumata görə, belə bir addımı bir neçə il öncədən təklif etdiyinə diqqət çəkən Dərya Səfayi, uzun müddətdir ki, hər kəsi, xüsusilə də Belçika hökumətini SEPAH-ın terror təşkilatı olduğuna və onun adının terror qruplaşmaları siyahısına salınmasına inandırmağa çalışdığını deyib.

Bununla yanaşı, İran əsilli belçikalı deputat bunu doğru yöndə atılan addım adlandırıb.