Separatçılar yükü qəbul etməyəcək: Bakı bu addımı ata bilərbackend

Separatçılar yükü qəbul etməyəcək: Bakı bu addımı ata bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ separatçıları Bakıdan göndərilən humanitar yükü bir müddət qəbul etməyəcəklər. Separatçılar Fransanın erməni lobbisinin təsiri ilə Ermənistana gələcək Paris meri Ann Hidalqonun “aksiyası”nın (təxribatının) nəticəsini gözləyəcəklər.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Paris meri “humanitar yük”lə Azərbaycan sərhədinə gəlməyi planlaşdırır:

“Erməni lobbisi Parisin merini zərbə altında qoyacaqlar. Çünki həmin mer Azərbaycan ərazisinə daxil ola bilməyəcək¸ bir neçə gün sonra geri qayıtmalı olacaq. Ermənistan hakimiyyəti Qarabağ separatçılarıyla birgə bu səfərdən də nəticə əldə etmədikdən sonra yenə eyni sualla üzləşəcək: “İndi nə edək?”

Fikrimcə, Qarabağ erməniləri arasında “Bakıdan göndərilən yükləri qəbul edək, yoxsa yox” sualı ətrafında diskussiya başlayacaq, aralarında fikir ixtilafı yaranacaq. Biz bir gediş də edə bilərik. Yüklərimizin qəbul edilməsi tərəfdarı olan ermənilərlə təmasa keçməli və yükləri qəbul etmək məqsədilə onlara çağırış etməliyik”.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi 40 ton un məhsulları olan humanitar yük Ağdam-Xankəndi yoluna çatıb və rus sülhməramlılara bu barədə məlumat verilib.