KoronaVirus İnformasiya Portalı
Separatçıların cani lideri İsraili də ittiham etdibackend

Separatçıların cani lideri İsraili də ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ ermənilərinin qondarma lideri Araik Arutyunyan Türkiyəni Azərbaycana dəstək verməkdə qınadıqdan sonra bu dəfə də İsrail dövlətinə dil uzadıb.

NOCOMMENT azpolitika-ya istinadən xəbər verir ki, Arutyunyan bu gün keçirdiyi brifinqdə bildirib ki, hələ 2016-cı ildə baş verən Aprel müharibəsində İsrail hökuməti Azərbaycana verdiyi silahların müdafiə məqsədilə yox, həm də hücum məqsədilə istifadə edildiyini bilirdi, üstəlik, öz mütəxəssislərini Azərbaycana göndərird: “Ona görə də İsrail hakimiyyətinin bundan xəbərdar olmadığını demək bəşəriyyəti növbəti dəfə ələ salmaqdır. Onlar, əlbəttə, bilirdilər və silah göndərməkdə davam edirlər”.

Separatçıların cani lideri iddia edib ki, özü də soyqırıma məruz qalmış israillilər hazırda ermənilərə qarşı aparılan soyqırımda iştirak edirlər.

Arutyunyan dünyada pulun hökmranlıq etdiyini və İsrailin hərəkətlərinin bunun növbəti sübutu olduğunu da deyib.

Redaksiyadan: Qəribə məntiqdir, ermənilər özləri Rusiyadan, Fransadan, Serbiyadan və başqa dövlətlərdən ucuz-ucuz, bəzən də müftə silahlar alır, amma Azərbaycanın öz arsenalını təchiz etməsinə görə şivən qoparır.