Serbiya ABŞ Dövlət Departamentinin Ukraynaya yardımla bağlı bəyanatlarını təkzib edibbackend

Serbiya ABŞ Dövlət Departamentinin Ukraynaya yardımla bağlı bəyanatlarını təkzib edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayenin Belqradın Ukraynaya hərbi yardım göstərməsi ilə bağlı açıqlamalarını təkzib edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Döyüş meydanında Serb silahlarından hər hansı biri aşkar edilərsə, bu, silahların müqavilədə nəzərdə tutulduğu yerdə olacağına zəmanət verən bütün beynəlxalq prosedurların pozulmasıdır, Ukrayna üçün heç bir müqavilə nəzərdə tutulmayıb”, – Vulin vurğulayıb.

Onun sözlərinə görə, O`Brayenin bu cür bəyanatları Rusiya ilə Serbiya arasında çəkişmə cəhdidir. Vulin qeyd edib ki, müvafiq cəhdlər uğur qazanmayacaq.