Serbiya XİN Rusiyanın dəstəyini yüksək qiymətləndiribbackend

Serbiya XİN Rusiyanın dəstəyini yüksək qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyanın Baş nazirinin birinci müavini və Xarici İşlər Nazirliyinin rəhbəri İvitsa Daçiç Rusiya Federasiyasının səfiri Aleksandr Boçan-Harçenko ilə görüşdə Moskva ilə Belqrad arasında əməkdaşlığı müzakirə edib və Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Rusiyaya təşəkkür edib.

NOCOMMENT.az xəbər verir ki, Bu barədə “RİA Novosti” məlumat yayıb.

Nəşr qeyd edir ki, görüş zamanı rusiyalı diplomat Daçiçə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qarşıdan gələn Yeni il və Milad bayramı münasibətilə təbrikini təqdim edib.

Serbiya Xarici İşlər Nazirliyi tərəflərin qarşılıqlı maraq doğuran ən mühüm mövzular ətrafında fikir mübadiləsi apardıqlarını, həmçinin gələcək əməkdaşlığı müzakirə etdiklərini vurğulayıb.

Daçiç Serbiyanın ərazi bütövlüyü və suverenliyi məsələsində Rusiya Federasiyasının ardıcıl dəstəyinə görə minnətdarlığını bildirib.