Serbiyadakı silahlı hücumlardan sonra xalq küçələrə axışdıbackend

Serbiyadakı silahlı hücumlardan sonra xalq küçələrə axışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyanın paytaxtı Belqradda keçən həftə iki silahlı hücumdan sonra minlərlə insan küçələrə axışıb.

NOCOMMENT.az xəbər verir ki, Müxalifətin çağırışı ilə “Serbiya zorakılığa qarşı” şüarı ilə təşkil edilən aksiyada 50 mindən çox insan iştirak edib.

Nümayişçilər açıq havada zorakılığa təhrikin dayandırılmasını, zorakılıq xarakterli proqramların yığışdırılmasını, Serbiya Radio və Televiziyasının (RTS) rəhbərliyinin və Serbiyada hansı kanalların yayımlanacağını müəyyən edən müşahidə şurasının istefasını tələb ediblər.

Ötən həftə 17 nəfərin ölümünə səbəb olan kütləvi hücumlara görə daxili işlər naziri Bratislav Qasiç və Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin rəisi Aleksandr Vulinin məsuliyyət daşıdıqlarını bildirən nümayişçilər məsul nazir və yüksək vəzifəli şəxsləri istefaya çağırıb.

NOCOMMENT.AZ