Sərhəd təxribatının arxasında gizlənən ölkələr – NƏ BAŞ VERİR?backend

Sərhəd təxribatının arxasında gizlənən ölkələr – NƏ BAŞ VERİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Ermənistan Fransa və Rusiyanın tapşırıqlarını icra edir”.

NOCOMMENT xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin sərhəddəki son təxribatları barədə modern-ə danışan hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin təxribat törətməsi gözlənilən idi: “Ermənistana havadarlıq edən qüvvələr tərəfindən uzun müddətdir ki, təxribata hazırlıq aparılırdı. Baş nazir Nikol Paşinyanın axşam saatlarında zəng etdiyi şəxslər onun arxasında duran qüvvələrin kimliyi ilə bağlı aydın təsəvvür yaradır. Özünü bölgədə sülhə maraqlı tərəf kimi göstərən Fransa, Rusiya və Amerika Azərbaycana zəng edib, vəziyyətlə maraqlanmadılar. Ancaq Ermənistanın yalan və dezinformasiyalarına inanıb, buna uyğun yalan bəyanatlar verirlər.

Rusiya sülhməramlıları isə ümumiyyətlə bölgəyə çirkin məqsədlər üçün gəlib. Burada Fransanın, Amerikanın və Rusiyanın özünəməxsus maraqları var. Təxribatların arxasında məhz onların maraqları dayanır”.

Üzeyir Cəfərov gecə saatlarında Azərbaycan-Ermənistan sərhədində şiddətli döyüşlərin getdiyini vurğulayıb: “Sadəcə Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin bəyanatları ilə kifayətlənməməliyik. “Bütün məsuliyyət Ermənistanın üzərinə düşür” fikri ilə yekunlaşmaq olmaz. Bu yara birdəfəlik kəsilib atılmalıdır. Biz əslində 2020-ci ildə bu məsələni bitirirdik.Təəssüflər olsun ki, bəzi maraqlı qüvvələr imkan vermədilər.

Ona görə də, 2 il keçməsinə baxmayaraq, Ermənistanın azğınlığı davam edir. Bu gün Fransa, Amerika, xüsusilə də Rusiya sülhə nail olmaq əvəzinə əngəl törədirlər. Brüssel görüşündən sonra Rusiya aləmi bir-birinə qatıb.

Görüşdən dərhal sonra Ermənistan XİN-i Rusiya tərəfinə zəng edib, müdafiə naziri ABŞ-yə gedib. Bütün bunlar göstərir ki, problemi özümüz həll edə bilərik. Biz nə qədər şəhid verməli, oğullar itirməliyik? Hesab edirəm ki, Ermənistanın layiq olduğu cəza artıqlaması ilə verilməlidir”.

Ekspertin fikrincə, hazırki vəziyyət “Qisas” əməliyyatının davam edəcəyini göstərir: “Yaxın vaxtlarda təxribatın Ermənistan üçün hansı fəlakətlə nəticələyinin şahidi olacağıq. Azərbaycan haradan təxribat törədilməsinə baxmayaraq, bizim ərazimizə təcavüz edənlərin layiqi cəzasını verəcək. Hücum etdikləri legitim nöqtələrini məhv edəcəyik”.

Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.