Sərhəddə hoppanıb düşmək lazım deyildi… – Kadırovbackend

Sərhəddə hoppanıb düşmək lazım deyildi... – Kadırov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə “müddətsiz məzuniyyət”ə getməyə qərar verən Çeçenistan rəhbəri Ramzan Kadırov növbədi dəfə Ukraynada müharibənin “əsl məqsədləri” barədə şənbə “xütbə”silə çıxış edib.

NOCOMMENT.az “moderator.az”-a istinadla xəbər verir ki, bu barədə çeçen lideri özünün “Telegram-kanal”ında bəyan edib.

Əvvəlcə Kadırov etiraf edib ki, “rusiyalılar arasında bir çox insanlar sual edir: “Bütün bunlar nəyə görə lazım olub?”

Və bu suala geniş cavab verərək, qeyd edir ki, Rusiya Ukraynada “öz ənənələri, öz milli kimliyi, öz mənəvi-əxlaqi dəyərləri, öz dini, ədalətin təntənəsi uğrunda”, habelə “bütövlükdə, öz gələcəyi uğrunda” döyüşür.

“Əgər biz uzun illər deyirdik ki, Rusiyanın sərhədləri yaxınlığında NATO qüvvələri ilə təhdid etmək və atlanıb düşmək lazım deyil, bu o demək olub ki, başımız üstündən damoklov qılıncını yerləşdirməyi oturub gözləyən və seyrici qalan düyilik”, – Kadırov məlumat verib.

“Əgər biz uzun zaman, səbrlə, dözümlə, amma aydın şəkildə deyirdik ki, Donbasın rusdilli əhalisinə işgəncə verib məhv etmək lazım deyil, bu, sadəcə, o demək olub ki, bu əhaliyə bərabərhüquqla, hörmətlə, qərəzsiz yanaşmaq lazımdır.

Daha sonra, əgər biz deyirdik ki, Krım bizimdir, bu, krımlıların öz seçimidir, monoton olaraq ilk fürsətdəcə bu əraziyə soxulacağınız barədə iddia etmək lazım deyildi.

Nəhayət, biz israrla təkrar edirdik ki, nə qədər istəyirsiniz, simasız LGBT (seksual azlıqlar) kütləsini arzulayın, onlara rəğbət bəsləyin, amma bunu bizə sırımayın, biz buna imkan verməyəcəyik. Biz bunu anlamırıq və qəbul etmirik.

Amma burada da Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Sadəcə, LGBT dəyərlərini qəbul etmədiyimizə görə”, – Kadırov vurğulayıb.

Kadırov Kremlin belə təşviqat xarakterli ştamplarını videoyazı ilə müşayiət edib.

Orada çeçen xüsusi təyinatlarının komandiri general Aptı Alaudinov tabeçiliyində olanlarla ilhamverici söhbət aparır.

“Biz bilirik ki, vətənimizi şeytanlardan, faşistlərdən müdafiə edirik, bununla birlikdə biz həm də Allah uğrunda mübarizə apardığımızı bilsək, hesab edirik ki, ruhumuz daha güclü, döyüşmək istəyi daha çox olacaqdır”, – general deyib.