Serj Sarkisyanın məhkəməsi keçirilirbackend

Serj Sarkisyanın məhkəməsi keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İrəvanda Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın işi üzrə növbəti məhkəmə iclası keçirlir. 

NOCOMMENT.az xəbər verir ki, iclas Yerevan ümumi yurisdiksiya məhkəməsində qurulub.

Xatırladaq ki, Serj Sarkisyan dövlət büdcəsindən təxminən yarım milyard dramın mənimsənilməsini təşkil etməkdə ittiham olunur.

Sarkisyan ittihamı qəbul etmir və vəkilləri keçmiş prezidentin siyasi təqib edildiyini iddia edirlər. Bu iş üzrə digər təqsirləndirilən şəxslər “Flash” şirkətinin sahibi Barseq Beqlaryan və Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin keçmiş rəisi Gevorq Arutyunyan da ittihamı qəbul etmirlər.

Xüsusi İstintaq Xidmətinin məlumatına görə, Serj Sarkisyan 2013-cü ildə Barseq Beqlaryanın təhriki, Samvel Qalstyan və Gevorq Arutyunyanın köməyi ilə 15 milyon litr yanacaq üçün nəzərdə tutulmuş təxminən yarım milyard dram büdcə vəsaitinin israfını təşkil edib. Barseq Beqlaryan iclas zalına gəlib. Sessiyada Sarkisyan da prosesdə iştirak edib.