Çexiyanın Çeske-Budeyevitse bölgəsində Zlivi–Divçitse dəmir yolu xəttində iki sərnişin qatarının toqquşması nəticəsində ciddi qəza baş verib.
NOCOMMENT.az xəbər verir ki, ilkin məlumata görə, təxminən 40 nəfər yaralanıb.
Hadisə yerinə çoxsaylı təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. Rəsmi məlumatda bildirilir ki, beş nəfər ağır xəsarət alıb və onlar helikopter və təcili tibbi nəqliyyat vasitələri ilə xəstəxanalara çatdırılıb. Digər yaralıların vəziyyətinə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Qəzanın səbəbləri araşdırılır. Dəmiryolu xəttində hərəkət tam dayandırılıb, ərazi polis tərəfindən nəzarətə götürülüb. Yerli hakimiyyət orqanları sərnişinlərin təxliyəsinin davam etdiyini bildirir.
Hadisə ölkədə son illərin ən ciddi qatar qəzalarından biri kimi qiymətləndirilir.














