Video çəkməkdə məqsədim atamı biabır etmək deyildi. Sadəcə illərlə ürəyimdə yığdığım problemləri dilə gətirdim. Birinci səbəb o idi ki, atamın tərcümeyi-halında adımın çəkilməməsi mənim acığıma gəlmişdi. Mən onun ilk övladıyam. Psixoloji təzyiqə məruz qaldıq, atama yazdım o məni bloka atdı, gələcəm deyib gəlmədi.
NOCOMMENT.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında Elman Nəsirov ilk nikahından doğulan qızı Laləzar Əliyeva deyib.
L.Əliyeva bildirib ki, atası tərəfindən övlad yerinə qoyulmayıb. “Ailə quranda da atama məlumat vermişdim, onda da mənə qarşı biganə yanaşdı”.
E.Nəsirov tərəfindən 3-4 evləri olması məsələsinə də aydınlıq gətirən Laləzar Əliyeva bildirib ki, həmin evləri mənim nənəsi alıb,
“O evlərdə atamın heç bir payı, haqqı olmayıb. Heç bir manat da pul verməyib. Nənəmin əziyyətlə əldə etdiyi evlərdir.
Bir daha deyirəm ki, atamın nüfuzuna xələl gəlməsini istəməmişəm. Pis-pis təhqir yazanlara da ayıb olsun. Atam mənə zəng edib demişdi ki, çıxışlarıma görə mənə cinayət işi açdıracaq. İki uşağın anasını ata həbs etdirəcəksə, qoy hamı bilsin ki, bunu atam etdirib.
İlərlər susmağımın səbəbi o olub ki, atamın nüfuzuna xələl gəlsin istəməmişəm.
Laləzar Əliyeva işadamı Şərurlu İsfəndiyarın ona vermək istəməsinə də münasibət bildirib: “imtina etmişəm, istəmədim”













