Səs-küy, gecələr gücləndirlmiş musiqi sədalarının ətrafa yayılması onların rahatlığını və sakitliyini pozur. Bu iddia ilə “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən Yasamal rayon Şəfayət Mehdiyev küçəsinin sakinləri çıxış ediblər.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, “Qoşapark” yaşayış kompleksində fəaliyyət göstərən “Lemoon” restoranı ərazidə yaşayan sakinləri ciddi şəkildə narahat edir.
Binanın Elşad Səmədov adlı sakini iddia edir ki, restoran onun mənzilin alt mərtəbəsində olduğundan səs-küydən evdə qulaq tutulur.
Vətəndaşın şikayətindən yola alaraq binanın digər sakinlərini də dinlədik.
Belecə restoranın icarədarı Tural Qocayev l Elşad Səmədovun şikayətindən sonra iaişə obyektində əsaslı təmir aparıldığını deyib.
DİN-in Mətbuat Xidmətnin əməkdaşı Elbrus İbrahimov bildirib ki, qeyd olunan restoranda səs-küylə əlaqədar sakinlərin müraciəti əsasında polis əməkdaşları araşdırma aparıblar.
Restoran sahibi barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilib. Gələcəkdə bu kimi halların təkrarlanacağı təqdirdə barəsində əlavə məsuliyyət tədbirlərinin görüləcəyi onun diqqətinə çatdırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













