Səudiyyə Ərəbistanı və İran rəsmiləri səfirliklərin açılması ilə bağlı detalları müzakirə etdilərbackend

Səudiyyə Ərəbistanı və İran rəsmiləri səfirliklərin açılması ilə bağlı detalları müzakirə etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı və İran rəsmiləri Tehranda iki ölkənin səfirliklərinin yenidən açılmasının texniki detallarını müzakirə ediblər.

NOCOMMENT.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Nasser bin Avad Al Qanumun başçılıq etdiyi nümayəndə heyəti paytaxt Tehranda İran Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşüb.

Görüşdə “Səudiyyə Ərəbistanı, İran və Çinin birgə üçtərəfli sazişinin icrası” da müzakirə edilib.

Əl Qanum səmimi qəbula görə İran Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin müdiri səfir Mehdi Honerdusta təşəkkür edib.

NOCOMMENT.AZ