Səudiyyə Ərəbistanının kralı pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilibbackend

Səudiyyə Ərəbistanının kralı pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkimlər Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl Səudə pnevmoniya diaqnozu qoyublar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə kral ofisinə istinadən SPA məlumat yayıb.

Agentliyin məlumatına görə, 88 yaşlı monarx tibbi müayinədən keçib, nəticədə ona pnevmoniya diaqnozu qoyulub.

Kralda pnevmoniya aşkar edən həkimlər onun antibiotiklərlə müalicə almalı olduğunu bildiriblər.

Bir gün əvvəl kralın yüksək hərarət və oynaq ağrıları səbəbindən Ciddədə “Əs-Salam Palace” klinikasında müayinədən keçdiyi xəbər verilmişdi.