Şevçenko: Əgər Bakı bunu vaxtında etməsə…backend

Şevçenko: Əgər Bakı bunu vaxtında etməsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ərazi bütövlüyünü bərpa edərək insanların azad edilmiş ərazilərə qayıtması imkanını, eləcə də təbii ehtiyatlara və su resurslarına çıxış kimi millətin inkişafı üçün böyük perspektivlər qazandı.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tanınmış rus siyasətçi, aparıcı və ictimai xadim Maksim Şevçenko bildirib.

Onun sözlərinə görə, indi Azərbaycan qələbənin mövcud nəticələrini möhkəmləndirməlidir: “İnsanların bu əraziləri maksimal dərəcədə sürətli mənimsəməsi və bura qayıdışı nəticəsində tam möhkəmləndirmək lazımdır. Azərbaycanlılar öz ərazilərinə nə qədər tez qayıtsa, bir o qədər asan olacaq. Bu proses uzanarsa, daha çox problem yaranacaq”.

Şevçenko əsl postsovet dövrünün məhz bu andan etibarən başladığını vurğulayıb: “Qarabağ müharibəsi və Azərbaycanın qələbəsi postsovet dövrünün əsl başlanğıcıdır. Özü də Azərbaycan başqalarından fərqli olaraq, Heydər Əliyevin kursu sayəsində sovet dövrü ilə bağlı ardıcıllığı qoruyub saxlaya bildi. O (Heydər Əliyev) isə Siyasi Büro üzvü, Sov İPK MK Baş katibi vəzifəsinə namizəd idi. Bu da sovet dövrü ilə əlaqə deməkdir.

Üstəlik, Azərbaycan Sovet dövrünün dağıdılmasının başlanğıcı olan Qarabağ problemini həll etdi. Bu, Rusiya, Ukrayna və bu kimi digər dövlətlərdən fərqli olaraq, postsovet məkanının başlanğıc mövqelərinə daxil olan ilk dövlətdir.

Bu, sizin və Rusiyanın bəlkə də hələ tam anlamadığı çox vacib məqamdır”.