Shaurma N1-də kütləvi davabackend

Shaurma N1-də kütləvi dava

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər Nəsimi rayonu Nizami küçəsində yerləşən “Shaurma N1” restoranında kütləvi dava olub.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, restoranda şəxsiyyəti məlum olmayan 3 nəfər şəxs xuliqanlıq zəminində oradakı Türkiyə vətəndaşlarını döyüb. Nəticədə Türkiyə vətəndaşı, 1992-ci il təvəllüdlü H.Ayyıldızı və 1996-cı ildə anadan olmuş Y.Kutlu xəsarət alıblar.

Kütləvi dava zamanı döyülən türkiyəlilərin Bakıda bərbər kimi çalışdıqları bildirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.