Si Cinpinin Avropa səfəri davam edir – Növbəti ölkə Serbiyadırbackend

Si Cinpinin Avropa səfəri davam edir – Növbəti ölkə Serbiyadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Sədri Si Cinpinin Avropa səfəri davam edir. O, bu gün və sabah Serbiyada dövlət səfərində olacaq.

NOCOMMENT.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyindən bildirib ki, bu, Serbiyaya səkkiz ildə ilk səfərdir.

Pekin-Belqrad münasibətlərinin yaxşılaşdırılması və yenilənməsində mühüm mərhələ olacaq. Si Cinpinin və Serbiya Prezidenti Aleksandar Vuçiç beynəlxalq və regional vəziyyəti, Çin-Serbiya münasibətlərinin səviyyəsinin yaxşılaşdırılmasını müzakirə edəcəklər. İki ölkə arasında 30-dan çox sazişin imzalanacağı gözlənilir.

Qeyd olunur ki, Çin rəhbərinin 400 nəfərdən ibarət nümayəndə heyətinin təhlükəsizliyini 3,4 min polis əməkdaşı təmin edir.