Sığora bazarının yarıdan çoxu bu şirkətin əlində cəmlənib – TAM SİYAHIbackend

Sığora bazarının yarıdan çoxu bu şirkətin əlində cəmlənib – TAM SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-mart ayları ərzində ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən yığılan 248 milyon 989 min manat məbləğində sığorta haqqının yarıdan çoxunu – 53,4%-i “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıblar.

NOCOMMENT yeniavaz-a istinadən Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin topladığı sığorta haqqı 132 milyon 492 milyon manat olub.

Digər 20 şirkət arasında ən çox sığorta haqqı toplayan şirkətlərin ilk 5-liyini 38,1 milyon manatlıq yığımla Dövlət Sığorta Kommersiya Şirkəti, 16,2 milyon manatlıq yığımla “Qala Sığorta” və 10,7 milyon manatlıq yığımla “Atəşgah Həyat” şirkətləri tamamlayır.

Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 79,3%-i adları qeyd olunan 5 şirkətin əlində cəmlənib. Bu ilin ilk 3 ayında 5 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 197,5 milyon manat olub.

Ən az sığorta haqqı toplayan şirkətlər isə 76 min manatlıq yığımla “Meqa Həyat Sığorta”, 439 min manatlıq yığımla “Naxçıvansığorta“, 566 min manatlıq yığımla “Aqrar Sığorta” şirkətləri olub.