Şimali Koreya gələn il daha üç kəşfiyyat peykini orbitə çıxarmağı planlaşdırbackend

Şimali Koreya gələn il daha üç kəşfiyyat peykini orbitə çıxarmağı planlaşdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya 2024-cü ildə daha üç kəşfiyyat peykini orbitə çıxarmağı planlaşdır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Şimali Koreya lideri Kim Çen In Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin iclasında müvafiq planları açıqlayıb. O, ABŞ, Yaponiya və Cənubi Koreya arasında üçtərəfli əməkdaşlığı tənqid edərək, bunun “Koreya yarımadasındakı vəziyyəti təhlükəli vəziyyətə apardığına” əminliyini ifadə edib.

Qeyd edək ki, KXDR noyabrın 21-də “Çholima-1” daşıyıcı raketi vasitəsilə “Malligen-1” kəşfiyyat peykini uğurla orbitə çıxarıb. Pxenyan yaxın zamanlarda daha bir neçə peyki orbitə çıxarmağı planlaşdırdığını bildirib.

Şimali Koreya cari ilin avqust və may aylarında bu istiqamətdə iki uğursuz cəhd etmişdi. Kəşfiyyat peykinin bir neçə gün əvvəl Cənubi Koreya ərazisində mühüm obyektlərin fotoşəkillərini çəkdiyi açıqlanmışdı.