Şimali Koreya lideri İran prezidentinin vəfatı ilə bağlı başsağlığı veribbackend

Şimali Koreya lideri İran prezidentinin vəfatı ilə bağlı başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında faciəvi şəkildə həlak olması ilə bağlı başsağlığı verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Agentliyin məlumatına görə, Kim Çen In İranın birinci vitse-prezidenti, dövlət başçısı vəzifəsini icra edən Məhəmməd Moxberə başsağlığı verib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin mayın 19-da qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub. Hadisə ilə əlaqədar İranda 5 günlük matəm elan edilib.