Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edibbackend

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KXDR-in xarici iqtisadi işlər naziri Yun Conq Honun rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfərə gedib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Nəşr qeyd edir ki, Şimali Koreya nazirliyinin nümayəndə heyəti aprelin 23-də Pxenyandan İrana uçub.

Yonhap xəbər agentliyinin məlumatına görə, səfər tərəflərin hərbi sahədə əlaqələri gücləndirmək niyyəti ilə bağlı ola bilər. Şimali Koreya hakimiyyəti İrana sonuncu dəfə 2019-cu ildə səfər edib.