Şimali Koreya Rusiyanı artilleriya ilə təchiz edirbackend

Şimali Koreya Rusiyanı artilleriya ilə təchiz edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya Ukraynaya qarşı müharibəsi üçün Rusiyanı artilleriya ilə təchiz etməyə qərar verib. Şimali Koreyanın bunun müqabilində başqa silahlar alıb-almayacağı bəlli deyil.

Bu barədə NOCOMMENT.az CBS News- a istinadən xəbər verir .

Nəşr amerikalı rəsmiyə istinadən Şimali Koreyanın Rusiyaya artilleriya tədarükünün başlaması barədə məlumat yayıb.

“Bu transferin yeni uzunmüddətli tədarük zəncirinin bir hissəsi, yoxsa daha məhdud bir dəstə olduğu hələ aydın deyil. Şimali Koreyanın bu silahlar müqabilində nə aldığı da bəlli deyil”, – hesabatda deyilir.

Şimali Koreyanın Kremlə dəstəyi keçən ay Rusiyada keçirilən sammitdə, Kim Çen Inın Rusiya diktatoru Vladimir Putinlə şəxsən görüşmək üçün qatarla getməsi ilə yekunlaşdı.