Şimali Koreyanın raket buraxılışları qəbuledilməzdirbackend

Şimali Koreyanın raket buraxılışları qəbuledilməzdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın tez-tez raket buraxılışları qəbuledilməzdir.

NOCOMMENT.az xəbər verir ki, bu fikiri Yaponiyanın baş naziri Fumio Kişida deyib.

O, bildirib ki, Şimali Koreyanın raket buraxılışları təkcə Yaponiyanın deyil, həm də daha geniş regionun və beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyinə təhdiddir:

“Şimali Koreya bu il dəfələrlə ballistik raketlər buraxdı. Bu, təkcə ölkəmizin təhlükəsizliyi üçün deyil, həm də regionun və beynəlxalq ictimaiyyətin təhlükəsizliyi üçün narahatlıq doğuran məsələdir. Bu qətiyyən qəbuledilməzdir. Yaponiya-ABŞ və Cənubi Koreya bu istiqamətdə birləşərək xalqımızın təhlükəsizliyini və mühafizəsini təmin etmək üçün bütün mümkün tədbirləri görməkdə qərarlı olmalıdırlar”.