Simonyan Mariano Verqara ilə görüşübbackend

Simonyan Mariano Verqara ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina Respublikasının Ermənistandakı səfiri Mariano Verqara oktyabrın 2-də Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan ilə görüşüb. İclasda müxtəlif məsələlər, o cümlədən köç edən Qarabağ ermənilərinin vəziyyəti müzakirə olunub.

NOCOMMENT.az xəbər verir ki, Simonyan səfir Verqaranın Ermənistan-Argentina münasibətlərinə verdiyi töhfələrə və daimi dəstəyinə görə dərin minnətdarlığını bildirib. O, həmçinin Argentina Prezidenti Alberto Fernandesə Laçın dəhlizinin “blokada”sına münasibətinə və çətin anlarda erməni xalqının yanında olduğuna görə təşəkkür edib.

Səfir Verqara Ermənistanla bağlı isti, lakin ağır xatirələrini bölüşərək erməni xalqı ilə həmrəy olduğunu bildirib. Səfir Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə qarşı siyasətini bütün sivil bəşəriyyətə təsir edən faciə kimi qiymətləndirib. Səfir bu hadisələrin beynəlxalq səviyyədə araşdırılmasının və müvafiq qiymətlərin verilməsinin vacibliyini vurğulayıb. Ermənistanın aydın və qəti cavablara ehtiyacı olduğunu deyən səfir beynəlxalq ictimaiyyəti bəyanatlarla yanaşı, konkret addımlar atmağa çağırıb.