Sinan Oğanın namizədi olduğu “ATA İttifaqı” DAĞILDIbackend

Sinan Oğanın namizədi olduğu “ATA İttifaqı” DAĞILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə “ATA İttifaqı”na daxil olan ultra-sağçı Zəfər Partiyasının sədri Ümit Özdağ ikinci turda hansı namizədin dəstəklənəcəyi barədə açıqlama verib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özdağ ittifaqın prezidentliyə namizədi Sinan Oğanın ayrı, Zəfər Partiyasının isə ayrı açıqlama verəcəyini bəyan edib.

“Sinan bəy bu gün hansı namizədi dəstəkləyəcəyini açıqlayacaq. Biz isə açıqlamamızı sabah saat 11:00-da partiyamızın qərargahında verəcəyik. Açıqlamamızda hansı namizədi dəstəklədiyimizi ictimaiyyətə elan edəcəyik. Bildiyiniz kimi, “ATA İttifaqı” dağılmışdır”, – o deyib.

Qeyd edək ki, Oğan bundan əvvəl belə bir açıqlama vermişdi: “Ümit bəylə dostluğumuz və münasibətimiz var. Amma qərarımız eyni olmaq məcburiyyətində deyil. Fərqli düşünə bilərik. Eyni düşünmək məcburiyyətimiz yoxdur. Hamının eyni mövqedən çıxış etməli olduğu barədə qayda yoxdur”.

İttifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və “Millət İttifaqı”nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib.

Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər. Belə ki, Özdağın Kılıçdaroğlunu, Oğanın isə Ərdoğanı dəstəkləməsi ehtimal olunur.