2025-ci ilin yanvar-sentyabr ayları ərzində “Expressbank”da hüquqi şəxslərə aid olan depozitlərin məbləğində azalma qeydə alınıb.
NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, ilin əvvəlində hüquqi şəxslərin bankda 59,7 milyon manat depoziti olduğu halda 2025-ci ilin sentyabrın 1-də onların vəsaitlərinin həcmi 42,1 milyon manata düşüb.
Doqquz ay ərzində şirkətlərin bankda olan vəsaiti 17,7 milyon manat azalıb.
Bu azalma bankın kapitalına mənfi təsir göstərib. İlin əvvəlində 138,7 milyon manat kapitalı olan bankda 9 ayda 2,8 milyon manat kapital “ərimə”si baş verib.