Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi tərəfindən gigiyena və sanitariya işləri üçün “GİGİYENA MƏKANI” MMC ilə müqavilə nəzərdə tutulub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, işlər əsas və ikinci korpusda həyata keçiriləcək və 8 aylıq dövr ərzində hər ay 4 dəfə olmaqla toplam 32 dəfə yerinə yetiriləcək.
Xidmətlərə deratizasiya, dezinseksiya və dezinfeksiya işləri daxildir, həmçinin yataq matraslarının dezinfeksiyası təmin ediləcək. Əsas korpusun sahəsi 10.839,10 kv.m., ikinci korpusun sahəsi isə 2.595,4 kv.m-dir. Hər matrasın dezinfeksiyası üçün hər gəlişdə 330 ədəd matras nəzərdə tutulub.
Ehtimal olunan qiymət 11.360 AZN təşkil edir.













