Dünən axşam saatlarında Şirvan şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, “Kia” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb.
VAZ-ın sürücüsü Miri Abbasov hadisə yerində dünyasını dəyişib, avtomobildə olan sərnişin xəsarət alı.
Digər nəqliyyat vasitəsinin sürücüsü də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.













