Aİ ABŞ-ın Avropanın müdafiəsində rolunun azalacağı ilə bağlı xəbərdarlıq edib

Aİ ABŞ-ın Avropanın müdafiəsində rolunun azalacağı ilə bağlı xəbərdarlıq edib

Zaman keçdikcə ABŞ-ın Avropanın təhlükəsizliyinin təmin edilməsində rolu azalacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Litvanın dövlət yayımı olan LRT telekanalına müsahibəsində Avropanın müdafiə üzrə komissarı Andryus Kubilyus deyib.

“Təbii ki, uzunmüddətli perspektivdə ABŞ-ın Avropanın müdafiəsində iştirakının azalması ehtimalı var, çünki amerikalılar daha çox Hind-Sakit okean regionuna diqqət yetirirlər”, – Aİ komissarı bildirib.

Kubilius əlavə edib ki, Avropa ölkələri regional təhlükəsizlik üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olmalıdır. Onun sözlərinə görə, Avropa ölkələri xaosdan qaçmaq üçün ABŞ-ın geri çəkiləcəyi təqdirdə plan hazırlamalıdır.