Araik erməni spikeri sual yağışına tutdu

Araik erməni spikeri sual yağışına tutdu

Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanla görüşüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, görüşdə Ermənistanın siyasi gündəliyi ilə bağlı məsələlər müzakirə olunub.

Simonyan beynəlxalq tərəfdaşlarla keçirilən son görüşlərin təfərrüatı və bir neçə gün əvvəl Rusiyaya səfərinin nəticələrindən söz açıb.

İki saat davam edən görüşdə qondarma rejim rəhbəri bəzi suallara cavab tapmağa çalışıb.