13 stomatoloq məsuliyyətə cəlb edildi

13 stomatoloq məsuliyyətə cəlb edildi

İyul ayı ərzində Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 39 yoxlama aparılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Bildirilib ki, həmin yoxlamalardan 32-si özəl tibb müəssisəsində, 7-si isə fiziki şəxsə məxsus obyektlərdə keçirilib.

Yoxlamalar zamanı müxtəlif sahələr üzrə nöqsanlar aşkar edilib, aşkar olunmuş pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə müvafiq quruma göndərilib.

Bununla yanaşı, iyul ayı ərzində aparılmış yoxlamalar nəticəsində 13 stomatoloq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilib.

Aparılmış yoxlamalar zamanı plastik cərrahlarla bağlı hər hansı nöqsan aşkar edilməyib.