Bu razılaşma Trampın ən pis razılaşması adlandırılıb

Bu razılaşma Trampın ən pis razılaşması adlandırılıb

Ukrayna resurs razılaşması ABŞ prezidenti Donald Trampın indiyə qədər müzakirə etdiyi ən pis razılaşma ola bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Helsinki Universitetinin professoru Tuomas Malinen X sosial şəbəkəsində bildirib.

“Trampın həyatının ən pis müqaviləsinə imza atması tamamilə mümkündür”, professor qeyd edib.

Bundan əvvəl “The Washington Post” ABŞ-Ukrayna sazişinin nöqsanlarına işarə edərək, Ukraynanın mineral ehtiyatlarının dəyərini heç kimin bilmədiyini qeyd etmişdi.

Mayın 1-də Vaşinqton və Kiyev resurslarla bağlı saziş imzalayıblar , onun çərçivəsində investisiya fondu yaradılacaq. Birləşmiş Ştatlar Ukraynanın təbii ehtiyatlarının, o cümlədən alüminium, qrafit, neft və təbii qazın inkişafı üçün investisiya layihələrinə çıxış əldə etdi.