Cəmil Həsənli yenə DTX-yə çağırıldı

Cəmil Həsənli yenə DTX-yə çağırıldı

Milli Şuranın sədri, böyük tarixçi alim Cəmil Həsənli yenə DTX-ya çağırılıb.

NOCOMMENT.az xəbər verir k, bu barədə Cəmil Həsənli özünün sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, bu gün saat 3-də yenidən DTX-yə dəvət edilib.

Onun Abbas Abbasovla əlaqələrinə görə çağırıldığı ehtimal edilir. Dəqiq məlumat açıqlanmayıb.

Qeyd edək ki, “Ramiz Mehdiyev işi” ilə əlaqədar noyabrın 29-da AXCP sədri Əli Kərimli və bir neçə partiya funksioneri saxlanılıb.