Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT 76-cı Baş Assambleyasının iclasına qatılmaq üçün getdiyi Nyu Yorkda Britaniyanın Baş naziri Boris Consonla görüşüb.
NOCOMMENT xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Nyu Yorkda yeni açılan Türkevi binasında qapalı keçirilən görüş təxminən 40 dəqiqə çəkib.
Qəbulda xarici işlər naziri Mövlud Çavuşoğlu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş və AKP-nin vitse-prezidenti Binali Yıldırım iştirak edib.












