Ərdoğan Rusiyaya səfərə gedəcək

Ərdoğan Rusiyaya səfərə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, dövlət başçısının səfəri avqustun 5-də Rusiyanın Soçi şəhərinə planlaşdırılır. Türkiyə Prezidenti rəsmi səfər çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.