Erməni hüquqşünas Liparit Drmeyan Azərbaycanın Qərbi Azərbaycan məsələsini artıq siyasi müstəviyə çıxardığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, beynəlxalq hüquq məsələləri üzrə nümayəndənin keçmiş ofisinin rəhbəri Liparit Drmeyan bildirib ki, Azərbaycanın bu istiqamətdəki cəhdləri Avropa İnsan Hüquqları Məhkəməsi və Haaqa Beynəlxalq Ədalət Məhkəməsinin qərarları ilə hüquqi baxımdan bağlanıb.
Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycanda son dövrlər bu mövzu ilə bağlı fəal təbliğat aparılır, müxtəlif forumlar keçirilir, "Qərbi Azərbaycan" məsələsi müzakirə olunur.
Drmeyan hesab edir ki, Bakı bu mövzunu artıq siyasi diskurs səviyyəsinə çıxarır. (Musavat.com)












