İranda faciəvi şəkildə ölən konsulumuz vətəndə dəfn edildi - FOTO

İranda faciəvi şəkildə ölən konsulumuz vətəndə dəfn edildi - FOTO

İranda faciəvi şəkildə həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov dəfn edilib.

NOCOMMENT.az xəbər verir ki, Ramil İmranovun nəşi Göyçayın Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.

Vida mərasimində mərhumun yaxınları, xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.İmranov iki gün əvvəl Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub./Qafqazinfo/