İranda qarşıdurma olacaq, hakimiyyət dəyişəcək – Detallar

İranda qarşıdurma olacaq, hakimiyyət dəyişəcək – Detallar

İran ətrafında gərginlik yenidən artıb.

Belə ki, ABŞ rəsmiləri, o cümlədən Prezident Donald Tramp İrana mümkün zərbələrdən danışır. Paralel olaraq İsrail də vaxtaşırı oxşar siqnallar verir.

İranın Azərbaycanla sərhəd ölkə olması, həmçinin bu ölkədə 30 milyondan artıq Azərbaycan türkünün yaşaması fonunda potensial hərbi eskalasiyanın humanitar nəticələri barədə suallar yenidən aktuallaşıb.

Bu fonda İranda müharibə və eskalasiya, eləcə də soydaşlarımızın Azərbaycana göndərilməsi ehtimalı mümkündürmü?

Əziz Əlibəyli
Əziz Əlibəyli

Mövzu ilə bağlı NOCOMMENT.az -a siyasi şərhçi Əziz Əlibəyli danışıb:

“İran ətrafında böyük qarşıdurma planlaşdırılır. İranın proksi qüvvələri ləğv olunub. Hazırda Tehran PJAK əleyhinə ciddi əməliyyatlar keçirir.

Görünən odur ki, İsrail-İran hibrid qarşıdurması özünün həlledici mərhələsinə qədəm qoyur.

Müəyyən insayder məlumatlar göstərir ki, bu dəfə İranda hakimiyyətin dəyişdirilməsi konkret qərarlaşdırılıb və bu istiqamətdə ciddi addımlar atılır.

Ümumi tabloya baxanda görə bilərik ki, Rusiyaya güzəştlərin edilməsi iki səbəbə söykənir:

Birincisi, dünyanın bölüşdürülməsi Qərb Çinə qarşı Rusiyanı öz yanına çəkməyə çalışır.

İkinci mərhələdə isə İranın da cəzalandırılması nəzərdə tutulur.

Bu baxışlar daha aydın görünür və İsrailin hazırlıqları da məhz bu yöndədir”, – deyə ekspert yekunlaşdırıb.