"Kılıçdaroğlunun başına oyun açaram..." - ŞOK AÇIQLAMA (VİDEO)

"Kılıçdaroğlunun başına oyun açaram..." - ŞOK AÇIQLAMA (VİDEO)

Türkiyədə müxalifətdəki əsas siyasi qüvvə olan Əli Mahir Başarır ilə partiya sədri Kamal Kılıçdaroğlu arasında gərginlik daha da artıb.

NOCOMMENT.az xəbər verir ki, CHP-dən xaric edilməsi tələb olunan və Türkiyə Böyük Millət Məclisində qrup sədrinin müavini vəzifəsi ləğv edilən Başarır Kılıçdaroğlunu sərt şəkildə tənqid edib.

O, partiya sədrinin son açıqlamalarını hədəfə alaraq onun ruhi vəziyyəti ilə bağlı iddialar səsləndirib.

Başarır bildirib ki, Kılıçdaroğlunun bəzi açıqlamaları məntiqsiz və ziddiyyətlidir:

"Siz bu partiyada 13 il xidmət etmisiniz. Sizi görməyə gələn jurnalistlər var. Onlara dediklərinizin bəziləri qərarsızlıqdır. Məsələn, o deyir ki, “Mən partiyanı təmizləyəcəyəm. Bəzi dostlar qurultayla bağlı pul payladılar”. Bunu mənə deyirmi? Bunu üzümə deyə bilməz; mən onun başına oyun açaraqm", – deyə CHP-li siyasətçi bildirib.

Başarır çıxışında Kılıçdaroğlunun ailəsinə də müraciət edərək onun sağlamlığına diqqət yetirməyə çağırıb.

"Buradan onun ailəsinə səslənirəm. Atanıza, ailənizə yaxşı baxın, çünki o, bəzi şeyləri başa düşə bilmir", – deyə o vurğulayıb.

Siyasətçinin bu açıqlamaları Türkiyə siyasi gündəmində geniş rezonans doğurub və CHP daxilindəki gərginliyin yeni mərhələyə keçdiyini göstərib.

Tunar
NOCOMMENT.az