Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Müstəqil Dövlətlər Birliyinin (BDB) formatı İrəvanla Bakı arasında mövcud olan problemlərin həlli üçün faydalı ola bilər.
NOCOMMENT modern-ə istinadən xəbər verir ki, Lavrov bu barədə Moskvada MDB-yə üzv ölkələrin xüsusi xidmət orqanları rəhbərlərinin iclasında çıxışı zamanı bildirib: “Ermənistan və Azərbaycan arasındakı vəziyyəti həll etmək üçün MDB-nin dəstəyinə ehtiyac var idi”.
Nazir onu da bildirib ki, hazırda Qarabağda münaqişənin həlli üçün əlverişli şəraitin yaradılmasına kömək məqsədilə KTMT müşahidəçilərindən istifadə imkanları müzakirə olunur.












