ABB-nin vəzifəli şəxsi evində ölü tapıldı - FOTO

ABB-nin vəzifəli şəxsi evində ölü tapıldı - FOTO

Xəbər verdiyimiz kimi, Bakıda vəzifəli şəxsin meyiti tapılıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.

Saatlı rayon sakini 35 yaşlı Xubayar Etibar oğlu Rüstəmzadənin meyiti yaşadığı mənzildə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Qeyd edək ki, Xubayar Rüstəmzadə son olaraq ABB-nin Kreditlərin anderraytinqi və monitorinqi departamentinin Pərakəndə kreditlərin anderraytinqi şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, həmçinin Azərbaycan Banklar Assosiasiyasının eksperti olub.

Sözügedən hadisə ilə bağlı ABB başsağlığı mətni yayımlayıb.

"Dərin kədərlə bildiririk ki, ABB komandasına ağır itki üz verib. Kreditlərin anderraytinqi və monitorinqi departamentinin əməkdaşı Xubayar Rüstəmzadə dünyasını dəyişib.

O, 14 mart 1991-ci ildə anadan olmuş, 2014-cü ildən ABB-də fəaliyyət göstərmiş, son olaraq Kreditlərin anderraytinqi və monitorinqi departamentinin Pərakəndə kreditlərin anderraytinqi şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Xubayar Rüstəmzadə əməksevərliyi və komanda ruhu ilə kollektivin rəğbətini qazanmışdı. Onun vəfatı hər birimiz üçün ağır itkidir.

Əziz xatirəsi onu tanıyanların yaddaşında əbədi yaşayacaq.

Allah rəhmət eləsin!",-deyə başsağlığında bildirilib.

NOCOMMENT.az