Leyla Abdullayevadan səfir təyinatı ilə bağlı AÇIQLAMA

Leyla Abdullayevadan səfir təyinatı ilə bağlı AÇIQLAMA

“Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyinata görə Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Leyla Abdullayeva bildirib.

“Bu yüksək etimadı doğrultmaq, Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm”, – yeni səfir qeyd edib.

Xatırladaq ki, Leyla Abdullayeva bu gün Azərbaycanın Fransada səfiri təyin olunub. O, yeni təyinata qədər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi vəzifəsində çalışıb.